Hacı Zeynalabdin Tağıyev

Vikisitat saytından
Hacı Zeynalabdin Tağıyev
Doğum tarixi yanvar 1838
Doğum yeri Bakı
Vəfat tarixi 1 sentyabr 1924
Vəfat yeri Mərdəkan
Dəfn yeri Mərdəkan
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Anası savadsız olan xalq kordur.

B[redaktə]

  • Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə.

M[redaktə]

  • Mən öz vətənimi sevirəm, gələcəkdə keçəcəyim imtahanlar nə qədər ağır olsa da, mən öz vətənimdən əl çəkmirəm. Burada mənim atamın qəbri vardır. Mənim qəbrim də burada olmalıdır.
  • Məni ancaq xalqımın xoşbəxtliyi, onun varlığı maraqlandırır. Xalqımın inkişafı üçün əsil şərt onun tərbiyə və təhsilidir.
  • Müsəlman qadınını düşdüyü qapalı həyatdan çıxarmaq üçün tək bir yol var, o da yalnız məktəb və məktəbdir. Ancaq bu məktəbi elə təşkil və təchiz etmək lazımdır ki, müsəlmanlar ona hüsnü-rəğbətlə, xeyirxahlıqla yanaşsınlar və tam inamla qızlarını ora göndərsinlər.

P[redaktə]

  • Pul qazan, amma şərəfini itirmə. Pul bir gün gedər, nə vaxtsa gələr, Amma şərəf gedər gəlməz...!

İstinadlar[redaktə]