Şamaxı

Vikisitat saytından

Şamaxı - Azərbaycanın qədim şəhərlərindən biridir.

Sitatlar[redaktə]


A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bu gün Şamaxı rayonunun bütövlükdə inkişafına böyük diqqət göstərilir. Şamaxı çox gözəl rayondur və Azərbaycanın qədim torpağıdır. Mən çox istəyirəm ki,burada quruculuq abadlıq işləri daha da surətlə getsin.

G[redaktə]

  • Gəncə şəhəri Şamaxıdan 50 lye məsafədədir, dörd dəfə Şamaxıdan böyükdür, onda daş binalar çoxdur, əksəri iki mərtəbəlidir, qəşəng bazarları və böyük karvansaraları, valinin böyük və geniş sarayı var. Şəhər ərazisindən gözəl çay axır, orada çoxlu bağlar, yaxşı şərab və bol meyvə var. Belə ki, şəhər Şərqin ən əhəmiyyətli şəhərlərindən biri sayıla bilər. Bu məlumatları mənə həmin şəhərdə yaşayan fransız missioneri və bir neçə gürcü vermişdir.[1] Korneli de Bruinn - holland səyahətçi

M[redaktə]

  • 1475-ci ilin 1 noyabrında biz Şamaxıya gəldik. Burada bizdə "Talaman ipəyi" adı ilə məlum olan ipək istehsal olunur, müxtəlif ipək məmulatları, saya ipək parçalar və s. hazırlayırlar. ...Doğrudur, Şamaxı Təbriz qədər böyük şəhər deyil, lakin mənim fikrimcə, yaşayış üçün, təbii ehtiyatlar baxımından Təbrizdən qat-qat üstündür.[2]

Ş[redaktə]

  • Şamaxı Təbriz kimi böyük deyildir, ancaq mənim fikrimcə, hər baxımdan ondan daha yaxşı, yayayış üçün zəruri olan hər şeylə doludur.[3]

Z[redaktə]

  • Zəngin tarixi olan qədim Şamaxı şəhəri Azərbaycan dövlətçiliyinin, incəsənətinin və ədəbiyyatının inkişafına böyük töhfələr vermiş, ölkəmizin mühüm sosial-iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri kimi tanınmışdır.

Vikipediyada Şamaxı haqqında məqalə var.

İstinadlar[redaktə]

  1. ganja-ih.gov.az. "Coğrafi mövqeyi" (azərb.). İstifadə tarixi: 2020-03-16.
  2. [1]Şamaxı (etnoqrafik etüdlər)Şamaxı! Ey mənim sevimli yurdum, Mən sənin qoynunda xaniman qurdum...
  3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 2007 səh.167